Azərbaycanın daha iki hakiminin ulduzu artırılıb

Əziz Əzizli
Azərbaycanın daha iki hakiminin ulduzu artırılıb

Boks üzrə referilər Anar Nağdıyev və Elxan Quliyev növbəti hakimlik imtahanından uğurla keçib. Azərbaycanlı ədalət təmsilçilərinin beynəlxalq kateqoriyası 1 ulduzdan 2 ulduza artırılıb.

"Operativ Media" xəbər verir ki, hər iki hakim bu nailiyyətə martın 14-19-da Monteneqronun Budva şəhərində keçirilən beynəlxalq turnirdə imza atıb. İBA yarışda nəzəri və praktiki dərslərə qatılan həmyerlimizin imtahandan uğurla keçdiyini açıqlayaraq, onların ulduzunu artırıb.

Nağdıyevlə Quliyevdən öncə Rövşən Qədirovun da Mərakeşdə beynəlxalq kateqoriyası 2 ulduza qaldırılıb.

Qeyd edək ki, Azərbaycan Boks Federasiyası həm milli, həm də beynəlxalq kateqoriyaya malik hakimlərimizin peşəkarlıq səviyyəsinin artırılması, onların sayının çoxaldılması istiqamətində işləri davam etdirir.

Şəkil Qalereyası

Azərbaycanın daha iki hakiminin ulduzu artırılıb - Şəkil 1
Azərbaycanın daha iki hakiminin ulduzu artırılıb - Şəkil 2

Digər xəbərlər