“Rafale F5” qırıcısının hazırlanması 2035-ci ilə qədər başa çatdırılacaq
Operativ Media
Fransanın müdafiə şirkəti "Dassault" "Rafale" qırıcısının modernləşdirilməsi çərçivəsində "F5" standartının hazırlanmasını 2035-ci ilə qədər başa çatdırmağı planlaşdırır.
Operativ Media xəbər verir ki, bu barədə "BFM Business" telekanalının efirində "Dassault" şirkətinin baş direktoru Erik Trapye bildirib.
"Bu gün biz "Rafale F5" adlanan bu superqırıcı üzərində işləyirik. Biz artıq bu standartın detallı layihələndirilməsi ilə məşğuluq. Təhvil verilmə müddəti 2033-cü ildən 2035-ci ilə qədərdir", - o bildirib.
Trapye vurğulayıb ki, təyyarənin hazırlanmasında heç bir xarici şirkət iştirak etmir.
Bununla yanaşı, o, 2035-ci ildən sonra bu təyyarənin ixrac üçün təklif oluna biləcəyini də mümkün hesab edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net