Menyu

Yeni təmayül modelinin ilk məzunları: Lənkəranda 124 şagird tələbə adını qazandı

Operativ Media
Yeni təmayül modelinin ilk məzunları: Lənkəranda 124 şagird tələbə adını qazandı

Lənkəran şəhəri Rövşən Bədəlov adına 9 nömrəli tam orta ümumtəhsil məktəbində tətbiq olunan yeni təmayül tədris modelinin ilk nəticələri açıqlanıb. Yeni model üzrə ilk məzunların qəbul nəticələrinə əsasən, məktəbi bitirən 124 nəfər ali təhsil müəssisələrinə qəbul olunub.

Lənkəran - Astara Regional Təhsil İdarəsindən Operativ Media-ya verilən məlumata görə, xüsusilə diqqətçəkən məqam isə məktəbin 6 sinfində 100 faizlik nəticənin qeydə alınmasıdır. Belə ki, həmin siniflərdə təhsil alan bütün məzunlar ali təhsil müəssisələrinə qəbul olunaraq tələbə adını qazanıblar.

Əldə olunan nəticələr yeni təmayül tədris modelinin ilk tətbiq olunduğu məktəblərdən birində şagirdlərin ali təhsilə hazırlığının gücləndirilməsi baxımından müsbət nəticə verdiyini göstərir.

Yeni təmayül tədris modelinin əsas məqsədi şagirdlərin maraq və meyillərinə uyğun istiqamətlər üzrə daha məqsədyönlü və səmərəli təhsil almasına şərait yaratmaq, onların seçdikləri ixtisas istiqamətləri üzrə bilik və bacarıqlarını inkişaf etdirmək və ali təhsilə hazırlığını gücləndirməkdir.

Lənkəran şəhəri Rövşən Bədəlov adına 9 nömrəli tam orta ümumtəhsil məktəbinin ilk məzunlarının nəticələri yeni modelin tətbiqinin ilkin göstəricilərindən biri kimi diqqət çəkir. Qarşıdakı illərdə modelin tətbiq olunduğu digər məktəblərdə də nəticələrin izlənilməsi və tədris prosesinin əldə olunan göstəricilər əsasında təkmilləşdirilməsi nəzərdə tutulub.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər