Menyu

Sabahdan təhsil tələbə kreditinə müraciətlər başlayır

Operativ Media
Sabahdan təhsil tələbə kreditinə müraciətlər başlayır

Təhsil Tələbə Krediti Fondu 2026–2027-ci tədris ili üzrə ali, orta ixtisas və peşə təhsili müəssisələrinə qəbul olunmuş abituriyentlərə müraciət edib.

Operativ Media xəbər verir ki, müraciətdə deyilir:

"Təhsil Tələbə Krediti Fondu adından sizi tələbə adını qazanmağınız münasibətilə təbrik edir, təhsil həyatınızda uğurlar arzulayırıq!

2026-2027-ci tədris ilində ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə eləcə də orta ixtisas və peşə təhsili müəssisələrinə əyani və ödənişli əsaslarla qəbul olunanlar təhsil tələbə kreditindən yararlana bilərlər.

28 avqust tarixindən etibarən ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olunmuş abituriyentlər ilk olaraq razılıq ərizəsi əldə etməli, daha sonra təhsil tələbə kreditindən yararlanmaq üçün e-ttkf.edu.az portalına müraciət edə bilərlər. Razılıq ərizəsini notariat ofislərindən, "ASAN xidmət" mərkəzlərindən, "Mobil notariat" və ya "mygov" tətbiqindən əldə etmək mümkündür.

Təhsil tələbə kreditinə müraciət edən şəxslərə operativ dəstək göstərmək məqsədilə həftənin iş günləri saat 09:00-dan 18:00-dək Fondun ofisində yardım masası fəaliyyət göstərir (Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 34, AF Mall, 18-ci mərtəbə). Fondun Çağrı Mərkəzi, WhatsApp və birbaşa əlaqə nömrələri vasitəsilə müraciətlər operativ şəkildə cavablandırılır.

Çağrı mərkəzi: 146-5, (012) 599 12 02

WhatsApp: 077 317 88 52, 077 317 88 53

Qeydiyyat linki: e-ttkf.edu.az".

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər