Menyu

Buraxılış imtahanlarında iştirak edə bilməyənlər sentyabrın 6-da imtahan verəcəklər

Operativ Media
Buraxılış imtahanlarında iştirak edə bilməyənlər sentyabrın 6-da imtahan verəcəklər

Dövlət İmtahan Mərkəzi (DİM) 2026-cı ildə keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən 9-cu və 11-ci sinif şagirdləri, həmçinin eksternat qaydasında imtahan verənlər üçün sentyabrın 6-da əlavə imtahan təşkil edəcək.

DİM-dən Operativ Media-ya bildirilib ki, həmin gün bu il keçirilmiş Azərbaycan dili (dövlət dili kimi) imtahanında iştirak edə bilməyən şagirdlər də imtahan verəcəklər.

İmtahanlar Bakı, Naxçıvan, Gəncə və Şirvan şəhərlərində keçiriləcək.

İmtahanda iştirak edəcək şagirdlər DİM-in internet saytından buraxılış vərəqəsini çap edərək götürə bilərlər.

Buraxılış vərəqəsi ilə yanaşı, şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələrin, əməl edilməli qaydaların və digər zəruri məlumatların əks olunduğu “Yaddaş kitabçası”ndan çıxarış da təqdim ediləcək.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər