Bu gün UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib.
"Operativ Media" xəbər verir ki, Belçikanın "Gent" klubu azarkeşləri önündə İngiltərə "Vest Hem"i ilə heç-heçəyə razılaşıb.
"Bazel" "Nitsa"nı qəbul edib. 4 qolun vurulduğu matçda qalib müəyyənləşməyib. "Fiorentina" isə səfərdə Polşa "Lex"ini darmadağın edib.
Konfrans Liqası
1/4 final mərhələsi, ilk oyunlar
13 aprel
Gent (Belçika) - Vest Hem (İngiltərə) - 1:1
Qollar: H.Kuypers, 57 - D.İnqz, 45+3
Anderlext (Belçika) - Alkmaar (Niderland) - 2:0
Qollar: M.Murillo, 22, M.Aşimeru, 70
Bazel (İsveçrə) - Nitsa (Fransa) - 2:2
Qollar: Z.Amduni, 26 (pen.), 71 - T.Moffi, 38, 45+1
Lex (Polşa) - Fiorentina (İtaliya) - 1:4
Qollar: K.Velde, 20 - A.Kabral, 4, N.Qonsales, 41, Q.Bonaventura, 58, C.İkon, 63