Menyu

Təhsil müəssisələrində sanitar-gigiyenik və dezinfeksiya işləri həyata keçirilir

Şəfa Hüseynli
Təhsil müəssisələrində sanitar-gigiyenik və dezinfeksiya işləri həyata keçirilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində yeni tədris ilinə hazırlıq işləri davam edir.

Operativ Media xəbər verir ki, bu barədə BŞTİ məlumat yayıb.

Hazırlıq tədbirləri çərçivəsində təhsil müəssisələrində sanitar-gigiyenik və dezinfeksiya işləri həyata keçirilir.

Bununla yanaşı, yeni tədris ili ərəfəsində məktəblərin tədris avadanlıqları ilə təminatı, sinif otaqlarının və digər təlim məkanlarının hazırlıq vəziyyətinin yoxlanılması, ərazilərin abadlaşdırılması, həmçinin təhsil müəssisələrinin tam hazır vəziyyətə gətirilməsi istiqamətində zəruri işlər görülür.

Görülən işlərin əsas məqsədi şagirdlərin müasir, təhlükəsiz və sağlam təhsil mühitində təhsil almalarını təmin etmək, təlim prosesinin keyfiyyətli təşkili üçün zəruri şərait yaratmaq, eləcə də təhsil müəssisələrinin yeni tədris ilinə tam hazırlığını təmin etməkdən ibarətdir.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər