Kolleclərdə xüsusi qabiliyyət tələb edən ixtisasların statistikası açıqlanıb
Operativ Media
Orta ixtisas təhsili müəssisələrinə (kolleclər) 11 illik təhsil bazasında tələbə qəbulunun xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslar üzrə nəticələri açıqlanıb.
Dövlət İmtahan Mərkəzindən Operativ Media-ya bildirilib ki, xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslar üzrə isə 932 plan yerindən 755-i tutulub. Qəbul faizi 81,01 faiz olub, 177 yer (18,99 faiz) boş qalıb.
Xüsusi qabiliyyət imtahanı tələb etməyən ixtisaslar üzrə 17 min 543 plan yerinə 15 min 489 nəfər qəbul olunub. Qəbul faizi 88,29 faiz təşkil edib, 2054 yer (11,71 faiz) boş qalıb.
Ümumilikdə, 18 min 475 plan yerindən 16 min 244-ü dolub. Qəbul faizi 87,92 faiz təşkil edib, 2231 yer (12,08 faiz) vakant qalıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net