Azərbaycanın daha 4 gənc cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur
Operativ Media
Podqoritsada keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatının üçüncü günündə Azərbaycanın 4 cüdoçusu tatamiyə çıxacaq.
Operativ Media xəbər verir ki, -90 kq çəki dərəcəsində 1/16 final mərhələsində Aslan Kotsoyev Anton Dimitrov (Bolqarıstan), Süleyman Şükürov isə David Yurkovski (Fransa) ilə qarşılaşacaq.
-100 kq-da Davud Namazlı 1/16 finalda Mayus Genis (Litva) ilə üz-üzə gələcək.
+100 kq çəki dərəcəsində mübarizə aparan Ramazan Əhmədov isə 1/8 final mərhələsində Martin Sedlak (Çexiya) – Luka İvankoviç (Xorvatiya) cütünün qalibi ilə qarşılaşacaq.
Təsnifat mərhələsi saat 12:30-da, final bloku isə saat 18:00-da başlayacaq. Qarşılaşmalar Judo TV-də canlı yayımlanacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net