Menyu

Qanunsuz tikilən evlər hansı halda sənədləşdirilə bilər? - VİDEO

Nicat Hüseynli
Qanunsuz tikilən evlər hansı halda sənədləşdirilə bilər? - VİDEO
1 dəq oxu

Azərbaycanda sənədsiz fərdi yaşayış evlərinin sayı 700 mini ötür. Onlardan 500 minə yaxını Bakı və Abşeron ərazisindədir.

Operativ Media “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, problemin əsas səbəbləri torpağın təyinatı və tikintiyə qoyulan məhdudiyyətlərdir.

Ekspert Elnur Fərzəliyevin sözlərinə görə, əmlaka dair sənədlər qeydiyyata imkan verirsə, çıxarış almaq üçün 30 il gözləmək lazım deyil. Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc isə əmlak amnistiyasının minlərlə ailənin problemini həll edə biləcəyini bildirib.

Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına görə, 2026-cı ilin yanvar-avqust aylarında 237 785 mülkiyyət hüququ qeydiyyata alınıb. Onlardan 69 688-i Bakıda qeydə alınıb.

Ətraflı videoda:

Əlaqəli Xəbərlər