Menyu

Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq turnirdə mübarizə aparacaqlar

Xəbərlər redaksiyası
Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq turnirdə mübarizə aparacaqlar
1 dəq oxu

Oktyabrın 23-də Latviyanın paytaxtı Riqa şəhərində stolüstü tennis üzrə "Riga City Youth Cup 2026" turniri start götürəcək.

Azərbaycan Stolüstü Tennis Federasiyasından Operativ Media-ya bildirilib ki, ənənəvi yarışda 9 idmançımız çıxış edəcək. Oğlanların yarışında Elşən Hüseynov, Uğur Nəzərli, Tunar Bağırov, Ruslan Kərimov, qızların mübarizəsində isə Nigar Mahmudova, Yağmur Məmmədli, Arzu Aslanova, Xədicə Babazadə və Şəbnəm Mansurova bacarıqlarını göstərəcəklər.

Qeyd edək ki, beynəlxalq yarışa oktyabrın 25-də yekun vurulacaq.

Əlaqəli Xəbərlər