Menyu

Cari ilin 9 ayında 213,5 milyon dollarlıq mis filizləri və konsentratları ixrac edilib

Operativ Media
Cari ilin 9 ayında 213,5 milyon dollarlıq mis filizləri və konsentratları ixrac edilib
1 dəq oxu

Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixrac göstəriciləri üzrə statistikaya əsasən, 2026-cı ilin yanvar-sentyabr aylarında ölkədən 213,5 milyon ABŞ dolları dəyərində 93,6 min tondan çox mis filizləri və konsentratları ixrac olunub.

Operativ Media Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 7,1 dəfə, həcm olaraq isə 5,8 dəfə çoxdur.

Ümumilikdə cari ilin ilk doqquz ayında ölkədən dəyəri 2,88 milyard dollardan çox təşkil edən Azərbaycan mənşəli qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2025-ci ilin müvafiq göstəricisini 21,66 faiz üstələyir. Hesabat dövründə mis filizləri və konsentratları ixracının xüsusi çəkisi 7,41 faizə bərabər olub.

Əlaqəli Xəbərlər