Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsinin nəticələri elan olunub
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri barədə məlumatlar namizədlərin şəxsi səhifələrinə göndərilib.
Operativ Media xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat yayıb.
Qeyd edilib ki, müsahibə mərhələsində uğur qazanan namizədlər 10 sentyabr saat 18:00-dək* zəruri sənədləri aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər.
Bildirilib ki, müsahibə mərhələsində uğur qazanmayan namizədlər 7 sentyabr saat 11:00-dan 8 sentyabr saat 11:00-dək şəxsi səhifələri vasitəsilə apellyasiyaya müraciət edə bilərlər. Apellyasiya müraciətləri yalnız elektron formada qəbul ediləcək. Müsahibələrin onlayn formatda təşkili nəzərdə tutulur. Bununla əlaqədar namizədlər şəxsi səhifələrinə daxil olaraq müsahibə linkinin göndəriləcəyi elektron poçt ünvanını müvafiq xanaya qeyd etməli və iştiraklarını təsdiqləməlidirlər. Elektron poçt ünvanını düzgün qeyd etməyən və elektron ərizəsini təsdiqləməyən namizədlərin apellyasiya müraciəti təmin olunmayacaq.
dəqiqələr içində saytın olsun.