Menyu

Yunanıstanda qırıcı təyyarə qəzaya uğrayıb

Operativ Media
Yunanıstanda qırıcı təyyarə qəzaya uğrayıb
1 dəq oxu

Yunanıstanın Tanaqra hava bazasında keçirilən aviaşou zamanı iki nəfərlik “Phantom” qırıcı təyyarəsi qəzaya uğrayıb.

Operativ Media xəbər verir ki, bu barədə Yunanıstan mediası məlumat yayıb.

Məlumata görə, hadisə təyyarənin enişindən az əvvəl, hələlik müəyyənləşdirilməyən səbəbdən baş verib.

Bildirilib ki, qəza yüzlərlə insanın avia nümayişini izlədiyi vaxt, təyyarənin eniş zolağının yaxınlığında yenidən hündürlük qazanmağa çalışdığı anda qeydə alınıb.

Hadisədən sonra qəza yerində yanğın baş verib. Əraziyə yanğınsöndürmə və tibbi yardım briqadaları cəlb olunub.

Əlaqəli Xəbərlər