Menyu

Boliviyada hərbi kazarmada partlayış baş verib

Operativ Media
Boliviyada hərbi kazarmada partlayış baş verib
1 dəq oxu

Boliviyanın Viaça şəhərində yerləşən hərbi kazarmada baş verən iki partlayış nəticəsində 2 nəfər ölüb, 7 nəfər itkin düşüb, 59 nəfər isə xəsarət alıb.

Operativ Media xəbər verir ki, bu barədə "Sinxua" məlumat yayıb.

Hadisə La-Pas şəhərindən təxminən 35 kilometr məsafədə yerləşən “Bolivar” alayında baş verib.

Partlayışlar nəticəsində 59 nəfərin xəsarət aldığı bildirilib. Hazırda itkin düşən 7 nəfərin axtarışı ilə bağlı məlumat verilməyib.

Məlumata görə, ərazi təhlükəsiz vəziyyətə gətirildikdən sonra polis tərəfindən araşdırma aparılacaq.

Əlaqəli Xəbərlər