Menyu

“Xankəndi” FK “Real Hospital”la əməkdaşlıq edəcək

Operativ Media
“Xankəndi” FK “Real Hospital”la əməkdaşlıq edəcək
1 dəq oxu

“Xankəndi” FK ilə “Real Hospital” arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Operativ Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, razılaşmaya əsasən, “Real Hospital” 2026/2027 mövsümündə “Xankəndi” FK-nın rəsmi tibbi tərəfdaşı olacaq.

Əməkdaşlıq çərçivəsində klubun futbolçuları mövsüm ərzində zədə, müxtəlif sağlamlıq problemləri və digər tibbi ehtiyaclarla bağlı “Real Hospital”ın peşəkar tibbi xidmətlərindən yararlanacaqlar.

Əlaqəli Xəbərlər