Menyu

Pakistan ordusu 20-dən çox terrorçunu məhv edib

Operativ Media
Pakistan ordusu 20-dən çox terrorçunu məhv edib

Pakistanın təhlükəsizlik qüvvələri sentyabrın 3-dən 5-dək Xeybər-Paxtunxva vilayətində baş verən bir neçə toqquşma zamanı 20-dən çox terrorçunu məhv edib.

Operativ Media xəbər verir ki, bu barədə Pakistan Silahlı Qüvvələrinin rəsmi media resursu olan ISPR məlumat yayıb.

Məhv edilən terrorçular "Fitnə-əl-Xəvaric" təşkilatına mənsub olublar.

Belə ki, sentyabrın əvvəlindən Əfqanıstanla sərhəddən Pakistana sızmağa çalışan 25 terrorçu Şimali Vəziristan dairəsində zərərsizləşdirilib.

"Təhlükəsizlik qüvvələri Pakistanın sərhədlərinin qorunması işinə sadiqliyində qətiyyətli və sarsılmaz olaraq qalır, transsərhəd terrorizmi üçün sərhəd ərazilərindən istifadə cəhdlərinin qarşısını almağa davam edəcək", - bəyanatda bildirilib.

Qeyd olunub ki, əməliyyatlar "Əzmi-İstehkam" antiterror kampaniyası çərçivəsində həyata keçirilir.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər