Menyu

İran ABŞ-yə qarşı sanksiyalar tətbiq etməyə başlayıb

Operativ Media
İran ABŞ-yə qarşı sanksiyalar tətbiq etməyə başlayıb

İran ABŞ-yə qarşı sanksiyalar tətbiq etməyə başlayıb.

Operativ Media xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.

"İran qaydaları pozan 56 neft tankerini qadağa siyahısına salıb və onların tərəfdaşlarına sanksiya xəbərdarlığı edib, həmçinin Hörmüz boğazı üzərindəki nəzarətini möhkəmləndirib", - məlumatda bildirilib.

Qeyd olunub ki, bu addım ABŞ-də dizel yanacağı qiymətlərinin rekord səviyyədə bahalaşması, Qətərin qaz ixracının 90 faiz aşağı düşməsi, Səudiyyə Ərəbistanının neft ixracının son 9 ilin ən aşağı göstəricisinə enməsi və Amerika ailələrinə 100 milyard dollarlıq xərclərin yüklənməsi ilə müşayiət olunub.

Xatırladaq ki, Ağ Ev İranın iqtisadi təcridini gücləndirmək məqsədilə avqustun 24-də "İqtisadi təcrid" əməliyyatına başlayıb. Bu çərçivədə ABŞ Tehranla əlaqəli maliyyə və ticarət kanallarını bağlamaq niyyətindədir. Sentyabrın 4-də Avropa İttifaqı (Aİ) da İrana qarşı "İqtisadi təcrid" əməliyyatına qoşulub.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər