Menyu

"Axios": ABŞ Rusiya və Ukrayna ilə nizamlama təklifi üzərində işləmək istəyir

Operativ Media
"Axios": ABŞ Rusiya və Ukrayna ilə nizamlama təklifi üzərində işləmək istəyir
1 dəq oxu

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və kürəkəni Cared Kuşner Ukraynadakı münaqişənin nizamlanması ilə bağlı Moskva və Kiyevlə birlikdə “yenilənmiş” təklif üzərində işləmək niyyətindədirlər.

Operativ Media xəbər verir ki, bu barədə "Axios" öz mənbələrinə istinadən məlumat yayıb.

Mənbənin məlumatına görə, tərəflərin birgə səyləri nəticəsində nizamlanma istiqamətində yeni təşəbbüs hazırlanması nəzərdə tutulur.

“İşlər bütün iştirak edən tərəflər müvafiq addımlar atarsa, düzgün istiqamətdə inkişaf edə bilər”, – portalın həmsöhbəti bildirib.

Əlaqəli Xəbərlər