Menyu

Yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA

Operativ Media
Yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA

Azərbaycanda hava şəraiti əsasən yağmursuz keçib, lakin sentyabrın 6-sı axşamdan bəzi rayonlarda yağış yağır, şimşək çaxır, ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterlidir.

Operativ Media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 7-si saat 10:00-a olan məlumatında qeyd edilib.

Düşən yağıntının miqdarı Qaxda (Sarıbaş) 18, Zaqatalada 17, Göygöldə 8, Daşkəsəndə 6, Gədəbəy, Şəkidə (Kişçay), Şahbuzda 5, Beyləqan, Qusar, Qəbələ, Balakəndə 4, Goranboy, İmişli, Oğuzda 3, Qrız, Xınalıq, Cəbrayıl, Zərdab, Tərtər, Ağstafa, Ordubad, Culfada 2, Xaçmaz, Sədərək, Naxçıvan, Naftalan, Şəmkir, Ceyrançöl, Tovuz, Gəncə, Şamaxı, Xaltan, Bərdə, Mingəçevir, Yevlax, Sabirabad, Biləsuvar, Ağdam, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzulidə 1 mm-dir.

Bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Naftalanda 24, Goranboyda 23, Culfada 20 m/s-yə çatır.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər