Menyu

Nəsimidə soyğunçuluq edən şəxs saxlanılıb

Operativ Media
Nəsimidə soyğunçuluq edən şəxs saxlanılıb
1 dəq oxu

Paytaxtın Nəsimi rayonu ərazisində soyğunçuluq hadisəsi baş verib. Belə ki, naməlum şəxs zərərçəkənə zor tətbiq edərək pul vəsaitini alıb və hadisə yerindən uzaqlaşıb.

Operativ Media xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 22 yaşlı E.Kərimov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Əlaqəli Xəbərlər