Menyu

Aİ rəsmisi: Ermənistan üçün vizasız rejimdən danışmaq hələ tezdir

Operativ Media
Aİ rəsmisi: Ermənistan üçün vizasız rejimdən danışmaq hələ tezdir

Avropa Komissiyasının rəsmi nümayəndəsi Paula Pinyo Ermənistan vətəndaşları üçün Avropa İttifaqı ölkələrinə vizasız səfərlərin 2029-cu ilə qədər mümkün olub-olmayacağı ilə bağlı konkret tarix barədə danışmağın hələ tez olduğunu bildirib.

Operativ Media xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Paula Pinyo Ermənistanla əməkdaşlığın gücləndirilməsində maraqlı olduqlarını və bir sıra məsələlər üzrə müzakirələrin aparıldığını qeyd edib.

O bildirib ki, tərəflər daha sıx əməkdaşlığın qurulması imkanlarını müzakirə edir. Pinyo vizaların liberallaşdırılması ilə bağlı konkret detalları açıqlamaq üçün prosesin hələ tam yetişmədiyini vurğulayıb.

Avropa Komissiyasının nümayəndəsi qeyd edib ki, müzakirə olunan məsələlər üzrə irəliləyiş əldə olunduqdan sonra Ermənistanla daha sıx tərəfdaşlığın növbəti mərhələsinə keçmək mümkün olacaq.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər