Nazir: Təbiət fənlərində vəziyyət qənaətbəxş deyil
Təbiət Elmlərində Bakı şəhəri 47-ci yerdə qərarlaşıb, Azərbaycan isə 69-cu yerdədir. 92 ölkə arasında 44 ölkə geridədir, 35 ölkə isə irəlidədir.
Operativ Media xəbər verir ki, bu barədə PISA 2025- Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələrinin təqdimat mərasimində Elm və Təhsil naziri Emin Əmrullayev bildirib.
Nazir qeyd edib ki, Bakı öz mövqeyinə görə aşağıdır: "Yəni burada çox ciddi irəliləyişlərə ehtiyac var. Təbiət fənlərində vəziyyət qənaətbəxş deyil.
Amma burada bir şeyi çox ciddi başa düşməliyik ki, təbiət fənlərinə əsasən təsir edən amillərdən biri oxudur. Oxu aşağı olanlarda təbii ki, digər göstəricilər də aşağı olur".
Onun sözlərinə görə : "Adam oxuyur, onu başa düşmürsə, ondan məsələnin həllini tələb etmək mümkün deyil. Bu, acınacaqlı məsələdir.
Oxu üzrə Bakı şəhəri öz-özlüyündə 60 bal artım göstərib. Bu, ən yüksək irəliləyişlərdən biridir".
dəqiqələr içində saytın olsun.