Menyu

Azərbaycanda ödənişli atalıq məzuniyyəti alanların sayı açıqlanıb

Operativ Media
Azərbaycanda ödənişli atalıq məzuniyyəti alanların sayı açıqlanıb
1 dəq oxu

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişiklikliyə əsasən uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyət verilir.

Operativ Media xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Məlumata görə, artıq 415 işəgötürən tərəfindən 1126 işçiyə uşağının doğulması ilə bağlı 14 təqvim günü müddətində ödənişli atalıq məzuniyyəti verilib.

Qeyd olunub ki, bu məzuniyyət uşağın doğulmasından əvvəl və sonrakı dövrləri əhatə edir. Məzuniyyətin verilməsi üçün işçi uşağının doğulması ilə əlaqədar müvafiq tibb müəssisəsinin arayışını işəgötürənə təqdim edir.

Əlaqəli Xəbərlər