Azərbaycan Premyer Liqasında 30-cu tura start verilib.
"Operativ Media" xəbər verir ki, turun açılış matçında "Zirə" doğma meydanda "Səbail"i qəbul edib. 4 qolun vurulduğu matçda Zirə qəsəbə təmsilçisi 3-1 hesablı qələbəyə sevinib.
Qeyd edək ki, "Səbail" bu məğlubiyyətdən sonra sonuncu pilləyə yuvarlanıb.