Menyu

Hikmət Hacıyev: “Gəncəsər və Xudavəng qədim Alban xristian irsinin ayrılmaz hissəsidir”

Operativ Media
Hikmət Hacıyev: “Gəncəsər və Xudavəng qədim Alban xristian irsinin ayrılmaz hissəsidir”

Azərbaycan Prezidentinin köməkçisi, Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatik korpusun nümayəndələri ilə birlikdə Gəncəsər və Xudavəng kilsələrini ziyarət edib.

Operativ Media xəbər verir ki, Hikmət Hacıyev bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.

O bildirib ki, Gəncəsər və Xudavəng qədim Alban xristian irsinin ayrılmaz hissəsidir.

Hacıyev qeyd edib ki, Gəncəsər kilsəsi XIII əsrdə Qafqaz Albaniyasının hökmdarı Həsən-Cəlal tərəfindən inşa edilib və Qafqaz Albaniyasının çoxəsrlik xristian irsinin mühüm göstəricilərindən biridir.

Onun sözlərinə görə, işğal illərində bu abidələr “təmir” adı altında xarici müdaxilələrə məruz qalıb və nəticədə onların memarlıq autentikliyi və ilkin görünüşü zədələnib.

“Azərbaycan ərazisində yerləşən hər bir tarixi, mədəni və dini abidə, mənşəyindən və dini mənsubiyyətindən asılı olmayaraq, ölkəmizin zəngin mədəni irsinin ayrılmaz hissəsidir. Azərbaycan dövləti onların qorunması, mühafizəsi və bərpasına sadiqdir”, - deyə Hacıyev vurğulayıb.

Prezidentin köməkçisi Azərbaycanın multikultural və çoxdinli irsin qorunması sahəsində təcrübəsinin beynəlxalq səviyyədə tanındığını da bildirib. O qeyd edib ki, Azərbaycan bu təcrübəni digər ölkələrlə, o cümlədən qonşu dövlətlərlə bölüşməyə hazırdır.

Hikmət Hacıyev həmçinin bu məsələ ilə bağlı saxta xəbərlər və yanıltıcı məlumatlar yayan media qurumlarını həmin ərazilərə səfər edərək vəziyyətlə yerində tanış olmağa dəvət edib.

https://x.com/HikmetHajiyev/status/2098676268611010704
Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər