Menyu

Ceyms Eziaşi: “PSJ”, “Barselona” və “Real Madrid”də oynayan ilk azərbaycanlı olmaq istəyirəm”

Operativ Media
Ceyms Eziaşi: “PSJ”, “Barselona” və “Real Madrid”də oynayan ilk azərbaycanlı olmaq istəyirəm”

“İstəyirəm ki, PSJ-də, “Barselona”da, “Real Madrid”də oynayan ilk azərbaycanlı oyunçu mən olum”.

Operativ Media xəbər verir ki, bunu “Qarabağ”ın U-14 komandasının hücumçusu Ceyms Eziaşi “ASAN Radio”ya müsahibəsində deyib.

O bildirib ki, Azərbaycan millisində çıxış etmək onun ən böyük arzularından biridir:

“Atam nigeriyalıdır, anam azərbaycanlıdır. Bir azərbaycanlı kimi çox istəyərdim ki, Azərbaycan millisində oynayım. Bakıda doğulmuşam, mən Bayıl uşağıyam. Azərbaycan himnini əzbər bilirəm.

Mənim adım Ceyms Eziaşidir. Azərbaycanda doğulmuşam və hazırda “Qarabağ” klubunda oynayıram. Futbol mənim üçün hər şeydir. Atam da futbolçu olub. Yəqin ki, futbolçu olmaq sevgisi mənə ondan keçib. Özümü futbolsuz təsəvvür edə bilmirəm. Hətta yuxularımda belə futbol görürəm.

Ən sevdiyim futbolçular Kilyan Mbappe və Vinisius Juniordur. Qol vuranda həqiqətən çox sevinirəm. Elə oyunlar olur ki, iki, hətta dörd qol vururam və bundan böyük zövq alıram.

Qurban Qurbanovu çox bəyənirəm. O, çox yaxşı məşqçidir. Çalışıram ki, hər gün daha yaxşı oynayım, “Qarabağ”ın əsas heyətində yer alım və Qurban Qurbanov mənim məşqçim olsun.

Mən üç dil bilirəm: Azərbaycan, rus və ingilis dillərini. Komandada uşaqlarla münasibətimiz çox yaxşıdır, bir-birimizi çox sevirik. Komandada mehribanlıq olmasa, heç bir oyunda uğur qazana bilmərik.

Ən böyük arzum isə Azərbaycan millisində oynamaqdır”.

Qeyd edək ki, Ceyms Eziaşi "Sabahın Ulduzları" turnirində bombardirlər sırasında yer alıb.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər