Menyu

Filippin sahillərində bərə yanğını nəticəsində ölənlərin sayı 76-ya çatıb

Operativ Media
Filippin sahillərində bərə yanğını nəticəsində ölənlərin sayı 76-ya çatıb
1 dəq oxu

Filippinin Palavan əyaləti sahillərində sərnişin bərəsində baş verən yanğın nəticəsində ölənlərin sayı 35-dən 76-ya çatıb.

Operativ Media xəbər verir ki, bu barədə Filippin Sahil Mühafizəsinin sözçüsü Noemi Cayabyab brifinqdə bildirib.

Məlumata görə, axtarış-xilasetmə əməliyyatı zamanı gəmidə daha 41 nəfərin cəsədi tapılıb.

Qeyd edək ki, bərədə 134 nəfər olub - 117 sərnişin və 17 heyət üzvü.

Əlaqəli Xəbərlər