Emin Əmrullayev: 90 minə yaxın təhsil işçisinin əməkhaqqına əlavə ediləcək
İndiyədək sertifikatlaşdırma prosesinə cəlb olunan 104 min təhsilverəndən 73 mininin əməkhaqqısına əlavə edilib, 17,5 min nəfərin əməkhaqqısına isə əlavə olunması proqnozlaşdırılır.
Operativ Media xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən mətbuat konfransında deyib.
Nazir qeyd edib ki, sertifikatlaşdırma nəticəsində 90 minə yaxın təhsil işçisinin əməkhaqqına əlavə ediləcək.
Onun sözlərinə görə, bundan əlavə, 17–25 iyun 2026-cı il tarixlərində 20 minə yakın müəllim ilk dəfə sertifikatlaşdırmada iştirak edib: "Tarix, texnologiya, fiziki tərbiyə, musiqi və təsviri incəsənət kimi ilk dəfə sertifikatlaşdırma aparılan fənlər üzrə 16 569 nəfər cəlb olunub. Həmçinin 6 minə yakın müəllim işə qəbul müsabiqəsinin bütün mərhələlərini tamamlayaraq məktəblərdə əmək fəaliyyətinə başlayıb".
dəqiqələr içində saytın olsun.