Menyu

Qarabağ Universitetinin tələbə qəbulu göstəriciləri açıqlanıb

Şəfa Hüseynli
Qarabağ Universitetinin tələbə qəbulu göstəriciləri açıqlanıb
1 dəq oxu

Bu il 1235 nəfər Qarabağ Universitetinə qəbul olub

Operativ Media xəbər verir ki, bunu Elm və Təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilmiş mətbuat konfransında bildirib.

Qarabağ Universitetinə 2026–2027-ci tədris ili üzrə 1 403 plan yeri üzrə 49 ixtisas üzrə 1 235 tələbə qəbul olunub.

Qəbul olanların yarısı 500 və daha yüksək bal toplayıb. Universitetdə keçid balı 500-dən yuxarı olan 13 ixtisas var. Ən yüksək göstəricilər Tibb (634,2 bal), Stomatologiya (624,3 bal) və Hüquqşünaslıq (600,8 / 600,1 bal) ixtisaslarında qeydə alınıb. Həmçinin qəbul olunan tələbələrin 60 faizindən çoхunu qızlar təşkil edir.

Əlaqəli Xəbərlər