Müəllimlərin sertifikasiya imtahanında yeni dəyişikliklər olacaq
Yaxın həftə, yaxud aylarda müəllimlərin ikinci sertifikasiya prosesi həyata keçiriləcək.
Operativ Media xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, yaxın həftə və aylarda ikinci dəfə sertifikasiyaya cəlb olunacaq müəllimlər üçün yeni qiymətləndirmə çərçivələri təqdim ediləcək. Yeni çərçivələr əvvəlkindən əsaslı şəkildə fərqlənməyəcək, lakin müəyyən dəyişikliklər olacaq:
"Bu, xüsusilə ibtidai sinifdə oxu ağırlıqlı olacaq. Bizim üçün ibtidai siniflərdə tədris edən müəllimləri oxuyub-anlama bacarıqlarının yüksək olması çox vacibdir. Çünki əks halda uşaqlara onu öyrədə bilmirlər".
"Əgər biz təhsilin daha yaxşı, keyfiyyətli olmasını istəyiriksə, müəllimlərimizdən də daha yüksək keyfiyyət standartları gözləməliyik", - nazir qeyd edib.
dəqiqələr içində saytın olsun.