"Rəqəmsal məktəb" platformasının əhatə etdiyi məktəblərin sayı 550-yə çatdırılıb
Şəfa Hüseynli
Bakı ilə yanaşı, ölkənin daha 5 şəhər və rayonunda "Rəqəmsal məktəb" platforması tətbiq olunur.
Operativ Media xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu platformanın əhatə etdiyi məktəblərin sayı 349-dan təxminən 550-yə çatdırılıb:
"Platforma Gəncə, Sumqayıt, Naxçıvan, Mingəçevir və Abşeron üzrə də tətbiq olunacaq. Hazırda platformadan direktor, müəllim, şagird və valideynlər daxil olmaqla, 900 mindən çox istifadəçi yararlanır. Bundan əlavə, 44 mindən çox təhsilalan üçün "Microsoft Copilot", "Google Gemini" və "NotebookLM" kimi süni intellekt alətlərindən istifadə imkanı yaradılıb".
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net