Emin Əmrullayev Bilik Günü münasibətilə bağlı paylaşım edib
Operativ Media
Elm və təhsil naziri Emin Əmrullayev şagirdləri, tələbələri, müəllimləri, valideynləri və təhsil işçilərini Bilik Günü münasibətilə təbrik edib.
Operativ Media xəbər verir ki, nazir bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
"Əziz şagirdlər, tələbələr, müəllimlər, valideynlər və bütün təhsil işçiləri. Bu gün məktəbə ilk dəfə qədəm qoyan balalarımız, yenidən təhsil həyatına qayıdan şagird və tələbələrimiz, onları sevgi və məsuliyyətlə qarşılayan müəllimlərimiz üçün xüsusi gündür. Yeni tədris ilinin bütün təhsilalanlar, müəllimlər və təhsil ictimaiyyəti üçün uğurlu və məhsuldar olmasını arzulayıram. Bilik Gününüz mübarək", - nazir yazıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net