Astana 2028-ci ildə UEFA Super Kubokuna ev sahibliyi edəcək
2028-ci il UEFA Superkuboku matçı Qazaxıstanın paytaxtı Astanada, “Astana Arena” stadionunda təşkil olunacaq.
Operativ Media xəbər verir ki, bununla bağlı qərar UEFA İcraiyyə Komitəsinin Yunanıstanın Saloniki şəhərində keçirilən iclasında qəbul edilib.
“Astana Arena” “Astana” klubunun və Qazaxıstan millisinin ev oyunlarını keçirdiyi stadiondur. Arenanın tutumu 30,2 min nəfərdir.
Bu, UEFA klub turnirinin Superkubok matçının ilk dəfə Qazaxıstanda keçirilməsi olacaq.
2028-ci il Superkubokunda 2027/28 mövsümünün Çempionlar Liqası və Avropa Liqasının qalibləri qarşılaşacaq. 2027-ci ildə isə Superkubok matçının Amsterdamdakı “Yohan Kroyff Arena”da keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, bu gün 2028-ci il Çempionlar Liqasının finalının Münhendə keçiriləcəyi də açıqlanıb. Həmin il Avropa Liqasının finalına Buxarest, 2029-cu ildə isə Belqrad ev sahibliyi edəcək.
dəqiqələr içində saytın olsun.