Menyu

Azərbaycanın Montrö festivalında iştirakı xüsusi caz proqramı ilə yekunlaşıb

Şəfa Hüseynli
Azərbaycanın Montrö festivalında iştirakı xüsusi caz proqramı ilə yekunlaşıb

Sentyabrın 14-də “Auditorium Stravinski”də keçirilən qala-konsertindən sonra Azərbaycan caz sənətinə həsr olunmuş konsert proqramı təqdim edilib.

Mədəniyyət Nazirliyindən Operativ Media-ya bildirilib ki, konsertdə tanınmış caz pianoçusu və bəstəkar İsfar Sarabski öz triosu – kontrabas ifaçısı Makar Novikov və zərb alətləri ifaçısı Amir Bresler ilə çıxış edib.

Proqramda İsfar Sarabskinin “Horses of Garabagh”, “Around the Thread”, “BTS (Behind Train Station) Blues”, “Planet” və “G-Man” əsərləri, həmçinin Klod Debüssinin “Clair de Lune” əsərinin caz aranjimanı səsləndirilib. “Horses of Garabagh” kompozisiyasında trioya tarzən Şəhriyar İmanov qoşulub.

Konsert çərçivəsində Səid Rüstəmovun “Hardasan” mahnısı Əməkdar artist Sevda Ələkbərzadənin, “Ay Laçın” Azərbaycan xalq mahnısı isə İlkin Dövlətovun ifasında təqdim olunub.

Azərbaycan musiqi ənənələri ilə müasir caz improvizasiyasını bir araya gətirən proqram ölkənin caz sənətinin özünəməxsus musiqi dilini və zəngin ifadə imkanlarını Montrö auditoriyasına nümayiş etdirib.

Beləliklə, festival çərçivəsində Azərbaycanın iştirakı milli rəqs, klassik musiqi, muğam və cazı əhatə edən çoxşaxəli proqramla başa çatıb. Təqdimatlar Azərbaycan musiqi irsinin zənginliyini və müasir ifaçılıq ənənələri ilə vəhdətini nümayiş etdirib.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər