Menyu

Tbilisidə Azərbaycan Dram Teatrının yeni binasının tikintisinə başlanacaq

Operativ Media
Tbilisidə Azərbaycan Dram Teatrının yeni binasının tikintisinə başlanacaq
1 dəq oxu

Tbilisidə Heydər Əliyev adına Tbilisi Peşəkar Azərbaycan Dram Teatrının yeni binasının tikintisinə yaxın zamanda başlanacağı gözlənilir.

Operativ Media xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Azərbaycan və Gürcüstan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 11-ci iclasında çıxışı zamanı bildirib.

O, mədəni-humanitar sahənin Azərbaycan-Gürcüstan əməkdaşlığının əsas istiqamətlərindən biri olaraq qaldığını vurğulayıb.

Əli Əsədov teatrın yeni binasının tikintisinə yaxın zamanda başlanacağına ümidvar olduğunu qeyd edib.

Əlaqəli Xəbərlər