“OBA”da “Şipşirin Uduş” lotereyası başladı: 80-dən çox hədiyyə və Changan CS75 Pro avtomobili qazanmaq şansı
Artıq 10 ildir ki, Azərbaycanın dörd bir yanında müştərilərinə xidmət göstərən “OBA” marketlər şəbəkəsi sərfəli alış-veriş imkanları ilə yanaşı, müştərilərinə əlavə dəyər yaradan kampaniya və yenilikləri davam etdirir.
Operativ Media xəbər verir ki, müştəri məmnuniyyətini fəaliyyətinin əsas istiqamətlərindən biri kimi müəyyən edən “OBA” bu dəfə böyük hədiyyələrlə zəngin “Şipşirin Uduş” lotereya kampaniyasına start verib.
Bütün “OBA” marketlərində 15 sentyabr – 15 noyabr tarixlərini əhatə edən kampaniya çərçivəsində müştəriləri 80-dən çox hədiyyə, eləcə də böyük uduş – Changan CS75 Pro avtomobili gözləyir.
Kampaniyada iştirak etmək üçün müştərilərin “OBA” marketlərindən Biscolata, OZMO, Luppo və Papita məhsullarından hər hansı birini alması kifayətdir. Alış zamanı kassada OBA Plus mobil tətbiqi oxudulduqda lotereyada iştirak şansı avtomatik olaraq müştərinin hesabına əlavə olunur.
Alış zamanı OBA Plus tətbiqini oxutmağı unudan müştərilər üçün də iştirak imkanı nəzərdə tutulub. Belə ki, müştəri alışdan sonra qəbz üzərindəki ƏDV QR kodunu OBA Plus mobil tətbiqində müvafiq bölmə vasitəsilə oxudaraq lotereyada iştirak şansını əldə edə bilər.
“Şipşirin Uduş” lotereyası çərçivəsində 8 uduşlu tiraj keçiriləcək. Ümumilikdə müştəriləri 80-dən çox hədiyyə gözləyir.
Hədiyyələr arasında 28 ədəd POCO M8 mobil telefonu, 8 ədəd Lenovo noutbuk, 8 ədəd Samsung Galaxy Tab A11+ planşet, 8 ədəd JBL Harman Wave Buds 2 qulaqlıq, 2 ədəd Türkiyəyə ailəvi 1 həftəlik səyahət, 2 ədəd iPhone 17 və 32 ədəd 50 AZN dəyərində OBA Plus bonusu yer alır.
Kampaniyanın ən böyük hədiyyəsi isə Changan CS75 Pro avtomobilidir. Beləliklə, “Şipşirin Uduş” müştərilərə gündəlik alış-verişləri zamanı müxtəlif dəyərli hədiyyələr qazanmaqla yanaşı, böyük uduşun – avtomobilin sahibi olmaq şansını da təqdim edir.
Lotereyanın seçim mərhələləri “OBA”nın sosial media kanallarında canlı yayımlanacaq, qaliblər haqqında məlumatlar isə şirkətin rəsmi sosial media platformalarında paylaşılacaq.
10 illik fəaliyyəti ərzində “OBA” Azərbaycanın dörd bir yanında müştərilərinə yaxın olmağa, gündəlik ehtiyaclarını əlçatan və sərfəli şəkildə qarşılamağa, eyni zamanda alış-veriş təcrübəsini daha rahat və maraqlı edən yeniliklər təqdim etməyə xüsusi önəm verib. OBA Plus kimi rəqəmsal həllər, loyallıq imkanları və müxtəlif kampaniyalar da şirkətin müştəriyönümlü yanaşmasının davamıdır.
“Şipşirin Uduş” lotereyası da “OBA”nın müştərilərinə təşəkkürünü ifadə edən, gündəlik alış-verişi daha maraqlı və qazanc dolu təcrübəyə çevirən təşəbbüslərindən biridir. “OBA” bundan sonra da sərfəli alış-veriş imkanları, rəqəmsal yeniliklər və fərqli kampaniyalarla Azərbaycanın dörd bir yanında qonşularının yanında olmağa davam edəcək.

dəqiqələr içində saytın olsun.