Menyu

ADY: Sentyabrın 15-də 52 minə yaxın sərnişin daşınıb

Operativ Media
ADY: Sentyabrın 15-də 52 minə yaxın sərnişin daşınıb

Yeni tədris ilinin ilk günündə "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Abşeron dairəvi dəmir yolu üzrə hərəkət edən qatarlarda rekord sayda sərnişin səfəri qeydə alınıb.

Operativ Media ADY-yə istinadən xəbər verir ki, sentyabrın 15-də Bakı–Xırdalan–Bakı və Bakı–Pirşağı–Sumqayıt–Bakı marşrutları üzrə 52 minə yaxın sərnişin mənzil başına çatdırılıb.

Ötən ilin eyni günündə bu marşrutlar üzrə 42 mindən çox sərnişin daşınıb. Beləliklə, sərnişin sayı ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 23,3 % artıb.

Yeni hərəkət cədvəlinə əsasən, sentyabrın 15-dən reyslərin sayı 90-dan 96-ya artırılıb.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər