Menyu

Məktəblərin ətrafında yol polisinin nəzarəti gücləndirilib

Operativ Media
Məktəblərin ətrafında yol polisinin nəzarəti gücləndirilib

Təhsilalanların yollarda təhlükəsizliyinin təmin edilməsi istiqamətində yol polisi tərəfindən həyata keçirilən tədbirlər yeni tədris ilinin başlanması ilə əlaqədar daha geniş vüsət alıb.

Bu barədə Operativ Media-ya Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Bildirilib ki, respublika üzrə bütün təhsil müəssisələrinin ətrafında xidmət gücləndirilib, nəqliyyatın və piyadaların rahat və təhlükəsiz hərəkəti diqqətdə saxlanılıb. Nizamlanma vasitələrinin monitorinqi aparılmaqla, zəruri tədbirlər görülüb. Eyni zamanda, təhsil ocaqlarında maarifləndirici görüşlər təşkil olunub, təhsilalanlara piyada keçidlərindən düzgün istifadə, işıqforun tələblərinə əməl etmək, yolu keçərkən diqqətli olmaq və digər mühüm təhlükəsizlik qaydaları barədə geniş məlumat verilib.

Bir sıra təhlükəsizlik məsələləri, xüsusilə piyada keçidlərindən düzgün istifadə qaydaları məktəblilərə əyani şəkildə nümayiş olunub.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər