Menyu

Hərracda 13 avtomobil, 1 gəmi satılıb

Operativ Media
Hərracda 13 avtomobil, 1 gəmi satılıb

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən sentyabrın 15-də keçirilən hərracda 14 nəqliyyat vasitəsi satılıb.

Operativ Media xəbər verir ki, bunlardan biri "Point Brower D" markalı gəmidir.

Hərracda start qiyməti 4.500 manat olan “Volkswagen Polo” markalı avtomobil 6.600 manata, ilkin qiyməti 6.750 manat olan “Land Rover Frelander” markalı nəqliyyat vasitəsi 7.200 manata satılıb. "Point Brower D" markalı gəminin isə satış qiyməti 115.000 manat olub.

Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq mümkündür.

Qeyd edək ki, dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərraclar 22 və 29 sentyabr tarixlərində keçiriləcək.

Hərraclarda iştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” saytlarından seçim edə bilərlər.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər