Gəncə beynəlxalq şahmat festivalına ev sahibliyi edəcək
11–18 oktyabr 2026-cı il tarixlərində Gəncə şəhərində “Gəncə Open – 2026” Beynəlxalq Şahmat Festivalı keçiriləcək.
Bu barədə Operativ Media-ya Azərbaycan Şahmat Federasiyasından bildirilib.
Festival Azərbaycan Şahmat Federasiyasının “Chess Tour Azerbaijan” layihəsi çərçivəsində təşkil olunacaq. Layihənin əsas məqsədi ölkənin müxtəlif şəhərlərində beynəlxalq şahmat turnirlərinin keçirilməsi, yerli şahmatçıların beynəlxalq təcrübəsinin artırılması və şahmatın regionlarda daha geniş təbliğ edilməsidir.
Yarış A, B, rapid və blits olmaqla 4 qrup üzrə keçiriləcək. A qrupunda reytinqi 1900 və daha yuxarı olan, B qrupunda isə 1899 və daha aşağı reytinqli şahmatçılar iştirak edə bilərlər.
A və B qruplarında yarışlar 9 tur İsveçrə sistemi üzrə keçiriləcək. Rapid turniri 7 turdan, blits yarışı isə 9 turdan ibarət olacaq.
Festivalın ümumi mükafat fondu 24 810 AZN təşkil edir. A qrupunda 16 700, B qrupunda 5810, rapid və blits yarışlarının hər birində isə 1150 AZN mükafat fondu müəyyənləşdirilib.
A və B qruplarının qaliblərinə xüsusi kubok təqdim olunacaq. Həmçinin müxtəlif yaş, qadın və reytinq kateqoriyaları üzrə xüsusi mükafatlar nəzərdə tutulub.
dəqiqələr içində saytın olsun.