Azərbaycanın 8 stolüstü tennisçisi Belçikanın açıq çempionatında çıxış edəcək
Operativ Media
Azərbaycan stolüstü tennisçiləri Belçikanın açıq çempionatında çıxış edəcəklər.
Bu barədə Operativ Media-ya Azərbaycan Stolüstü Tennis Federasiyasından məlumat verilib.
Baş məşqçilər Fərhad İsmayılovla Mixail Timofeyevin rəhbərliyi altında yarışda Rüstəm Hacılı, Adil Əhmədzadə, Onur Quluzadə, Ləman Abdulhəmidova, Zemfira Mikayılova, Mərziyyə Nurmətova, Aylin Əsgərova və Xədicə Əbilzadə iştirak edəcəklər.
Pepinster şəhərində təşkil olunacaq çempionat U-21 yaş kateqoriyasındakı idmançılar və böyüklər arasında keçiriləcək. Sabah start götürəcək yarışa sentyabrın 20-də yekun vurulacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net