Menyu

Milli Məclisdə kiberdələduzluqla bağlı yeni təklif: Cinayət Məcəlləsi dəyişdirilə bilər

Operativ Media
Milli Məclisdə kiberdələduzluqla bağlı yeni təklif: Cinayət Məcəlləsi dəyişdirilə bilər

Kiberdələduzluqla bağlı Cinayət Məcəlləsinə yeni müddəanın əlavə edilməsi təklif olunub.

Operativ Media xəbər verir ki, bu təkliflə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında deputat Səbinə Salmanova çıxış edib.

Çıxışı zamanı Səbinə Salmanova rəqəmsal texnologiyalardan istifadə edilməklə törədilən dələduzluq üsullarının qanunvericilikdə daha dəqiq əks olunmasına ehtiyac yarandığını bildirib.

Deputat Cinayət Məcəlləsinin 178-ci maddəsinə elektron informasiya sistemləri və rəqəmsal texnologiyalardan istifadə olunmaqla dələduzluq törədilməsini ayrıca hal kimi müəyyən edən yeni müddəanın əlavə olunmasını təklif edib:

"Son dövrlərdə vətəndaşların üzləşdiyi ciddi problemlərdən biri kiberdələduzluqdur. İnsanların bank kartları, elektron hesabları və şəxsi məlumatlarının rəqəmsal yollarla ələ keçirilməsi ciddi narahatlıq doğurur. Buraya saxta bank əməkdaşı kimi təqdim olunmaq, elektron ödəniş vasitəsilə vəsait mənimsəmək, həmçinin süni intellektlə hazırlanmış saxta səs və görüntülərdən istifadə etməklə şəxsi aldatmaq kimi hallar daxil edilə bilər".

S.Salmanova həmçinin bu istiqamətdə aidiyyəti dövlət qurumlarının, bank və ödəniş sektorunun nümayəndələrinin iştirakı ilə parlamentdə dinləmələrin keçirilməsini və mövcud hüquqi mexanizmlərin təhlil olunmasının komitənin iş planına daxil edilməsini təklif edib.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər