Menyu

Emin Əmrullayev və Rəşad Nəbiyev AZSET-in ilk tələbələri ilə görüşüblər

Operativ Media
Emin Əmrullayev və Rəşad Nəbiyev AZSET-in ilk tələbələri ilə görüşüblər
1 dəq oxu

Elm və təhsil naziri Emin Əmrullayev və Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev AZSET – AZCON Mühəndislik və Texnologiya Məktəbinin ilk tələbələri ilə görüşüblər.

Operativ Media xəbər verir ki, bu barədə Rəşad Nəbiyev öz "X" sosial şəbəkə hesabında paylaşım edib.

"Elm və təhsil naziri Emin Əmrullayevlə birgə AZSET – AZCON Mühəndislik və Texnologiya Məktəbinin ilk tələbələri ilə görüşdük. Tələbələri yeni təhsil mərhələsinə başlamaları münasibətilə təbrik etdik, onlara uğurlar arzuladıq. Görüş zamanı tələbələrlə tədris prosesi, akademik mühit, proqramın yaratdığı imkanlar və qarşıdakı mərhələlər barədə fikir mübadiləsi apardıq. İnanırıq ki, AZSET ölkəmizdə müasir mühəndislik və texnologiya sahələrində yüksəkixtisaslı kadrların hazırlanmasına mühüm töhfə verəcək", - paylaşımda qeyd olunub.

Fotogalereya

Əlaqəli Xəbərlər