Kolumbiyada təyyarə qəzası nəticəsində 5 nəfər ölüb
Kolumbiyada qəzaya uğrayan "Cessna T206" təyyarəsinin göyərtəsində olan beş nəfərin hamısı həlak olub.
Operativ Media xəbər verir ki, bu barədə "X" sosial şəbəkəsində Kolumbiya Prezidenti Abelardo de la Esprielya bildirib.
HK-4985 qeydiyyat nömrəli hava gəmisi sentyabrın 13-də səhər saatlarında Boqotaya uçuş zamanı radarlardan itib.
"Təəssüf ki, səlahiyyətlilər göyərtədəki hər kəsin ölü tapıldığını təsdiqlədilər", - prezident bildirib
Təyyarə sentyabrın 13-də səhər saatlarında Boqotaya uçuş zamanı radarlardan itib. Hava gəmisi ilə sonuncu əlaqə Çoko və Risaralda departamentlərinin sərhədindəki dağlıq meşəlik ərazidə qurulub. Daha sonra axtarış qrupları Tatama Milli Təbiət Parkı ərazisində ehtimal edilən qəza yerini aşkar ediblər. Təyyarə çətin keçilən dağlıq ərazidə olub, mürəkkəb relyef və hava şəraiti isə axtarış-xilasetmə işlərinin aparılmasını çətinləşdirib. Xilasedicilərin əraziyə çatdırılması üçün helikopterlər tələb olunub.
dəqiqələr içində saytın olsun.