Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində 6 medal əldə etdi

Əziz Əzizli
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində 6 medal əldə etdi

Polşanın Poznan şəhərində 15-16 aprel tarixlərində keçirilən gənclər arasında Avropa Kuboku turnirində cüdoçularımız ümumilikdə 1 gümüş və 5 bürünc medala sahib olub. 

"Operativ Media" xəbər verir ki,  turnirin ilk günü Azərbaycan cüdoçuları 1 gümüş və 3 bürünc medal qazanıb. Yarışın ikinci günündə oğlanların mübarizəsində -90 kq. çəkidə İsmayıl Zamanov və +100 kq. çəkidə Kənan Nəsibov bürünc medal qazanıb. -81 kq. çəkidə Ömər Rəcəbli və -90 kq. çəkidə Əjdər Bağırov yarışı 5-ci yerdə tamamlayıb. Qızların mübarizəsində isə -48 kq. Leyla Dəmirova yarışı 5-ci yerdə başa vurub.  

Digər xəbərlər