"Araz-Naxçıvan" Azərbaycanda kubok qazanmış məşqçi ilə anlaşıb
Ukraynalı mütəxəssis Yuri Maksimov “Araz-Naxçıvan” klubunun baş məşqçisi postuna gətiriləcək.
Operativ Media xəbər verir ki, bu barədə “TaToTake” məlumat yayıb. 58 yaşlı çalışdırıcının Naxçıvan təmsilçisinin təklifini qəbul etdiyi bildirilib.
“Araz-Naxçıvan” Azərbaycan Premyer Liqasında 6 turdan sonra sonuncu – 12-ci sırada yer alıb. Komandanın son turda “Şamaxı”ya 1:2 hesabı ilə uduzmasının ardından Cavid Hüseynov və Zaur İsmayılov məşqçilər korpusundan ayrılıb.
Maksimovun Azərbaycan futbolunda əvvəlki iş təcrübəsi də var. O, 2018-ci ildə “Keşlə”yə Azərbaycan Kubokunu qazandırıb.
Həmin mövsümün finalında “Keşlə” Roman Qriqorçukun çalışdırdığı “Qəbələ”ni məğlub edərək kubokun sahibi olub.
Qeyd edək ki, həmin vaxt “Keşlə”nin prezidenti Zaur Axundov olub. Hazırda isə Axundov “Araz-Naxçıvan”ın qeyri-rəsmi sahibi kimi göstərilir.
dəqiqələr içində saytın olsun.