Menyu

Xarici soydaşlarımız üçün “Ana dili – Azərbaycan məktəbi” layihəsinə qeydiyyat başlayıb - VİDEO

Operativ Media
Xarici soydaşlarımız üçün “Ana dili – Azərbaycan məktəbi” layihəsinə qeydiyyat başlayıb - VİDEO

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı ilə həyata keçirilən “Ana dili – Azərbaycan məktəbi” layihəsinə qeydiyyat başlayıb.

Operativ Media xəbər verir ki, layihənin əsas məqsədi xaricdə yaşayan soydaşlarımızın Azərbaycan dilini öyrənməsinə, milli kimliyini daha yaxından tanımasına, milli şüurlu insan kapitalının formalaşdırılmasına və qorunmasına dəstək göstərməkdir.

Layihədə iştirak etmək istəyən şəxslər öz yaş və dilbilmə səviyyələrinə, həmçinin vaxt zonasına uyğun qruplarda Azərbaycan dili dərslərinə qoşulmaq imkanı əldə edəcəklər. Layihə 6–18 yaş aralığında iştirakçılar üçün nəzərdə tutulub və üç yaş qrupu üzrə təşkil olunur:

• 6–10 yaş; • 11–13 yaş; • 14–18 yaş.

Onlayn dərslərə 25 sentyabr 2026-cı il tarixindən başlanılacaq. Dərslər həftədə iki dəfə keçiriləcək və təcrübəli müəllimlər tərəfindən interaktiv formada təşkil olunacaq. Tədris proqramı başlanğıc, orta və yüksək olmaqla üç səviyyə üzrə hazırlanıb.

İştirakçılar yaş qruplarına, Azərbaycan dili üzrə bilik səviyyələrinə və vaxt zonalarına uyğun olaraq qruplara bölünəcəklər. Qruplaşdırma üçün əvvəlcədən qısa dil yoxlaması keçiriləcək.

Proqramı uğurla başa vuran iştirakçılara Azərbaycan dilini bilmə səviyyələrinə uyğun sertifikat təqdim olunacaq.

Layihədə iştirak etmək istəyənlər qeydiyyatdan keçə bilərlər.

Qeydiyyat linki: https://tinyurl.com/mr3h4esj

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər