Menyu

"Neftçi" "Başakşəhər"in müdafiəçisini transfer edib - İDDİA

Operativ Media
"Neftçi" "Başakşəhər"in müdafiəçisini transfer edib - İDDİA

“Neftçi” Türkiyənin “Başakşəhər” klubunun gənc müdafiəçisi Albert Ajua Qomezi heyətinə cəlb edib.

Operativ Media xəbər verir ki, bu barədə “Spor Depor”un müxbiri məlumat yayıb. Bildirilib ki, 2006-cı il təvəllüdlü futbolçu Azərbaycan klubuna satınalma şərti ilə icarəyə verilib.

1,89 metr boya malik Qomez Qambiya vətəndaşıdır. Müdafiənin mərkəzində çıxış edən futbolçu sol cinah müdafiəçisi kimi də oynaya bilir.

Qomez 2025-ci ilin yayında “Falcons FC”dən “Başakşəhər”in U-19 komandasına keçib. O, qısa müddət ərzində Gürcüstanın “Dinamo II” klubunda da icarə əsasında çıxış edib.

Futbolçu 2026/2027 mövsümündə Türkiyə Super Liqasında meydana çıxmayıb. Karyerası ərzində 16 oyunda iştirak edən Qomez həmin görüşlərdə ümumilikdə 1440 dəqiqə meydanda olub və 1 sarı vərəqə alıb.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər