Gələn ildən minik avtomobillərinin satışı ilə bağlı yeni ƏDV güzəşti qüvvəyə minəcək – DETALLAR
Gələn ildən Azərbaycanda istehsal olunan minik avtomobillərinin satışına tətbiq edilən ƏDV güzəşti ilə bağlı yeni müddəa qüvvəyə minəcək.
Operativ Media xəbər verir ki, növbəti ildən Azərbaycanda istehsal olunan minik avtomobillərinin satışı ilə bağlı güzəşt təkmilləşdiriləcək.
Belə ki, 2027-ci il yanvarın 1-dən etibarən tam istehsal formasında sənaye yığımının həyata keçirilməsi, eyni zamanda boya və qaynaq mərhələləri üzrə texnoloji əməliyyatların yerinə yetirilməsi şərtilə Azərbaycan ərazisində istehsal olunan minik avtomobillərinin satışından 7 il müddətinə ƏDV tutulmayacaq.
Yeni qayda 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Qeyd edək ki, hazırda qüvvədə olan qanunvericiliyə əsasən, Azərbaycanda istehsal olunan minik avtomobillərinin satışı ƏDV-dən azaddır. Mövcud müddəaya əsasən, bu güzəşt 2023-cü il mayın 1-dən etibarən 10 il müddətinə tətbiq edilir.
dəqiqələr içində saytın olsun.